futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” müntəzəm mövsümün IV turunda “Oradya”nı (Rumıniya) qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.
“Neftçi” H qrupunda keçirdiyi əvvəlki üç görüşdə məğlub olub. Paytaxt təmsilçisi daha əvvəl “Fribur Olimpik”ə (İsveçrə) 73:78, “Mikonos”a (Yunanıstan) 58:78 və VEF-ə (Latviya) 94:110 hesabı ilə uduzub.