“Neftçi”nin əsas problemi komandada liderin olmamasıdır

14.04.2025

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vaxtilə Azərbaycanda “Neftçi” və “Sabah” komandalarında oynamış, “ağ-qaralar”ın heyətində çempionluqlar yaşamış serbiyalı qapıçı Saşa Stamenkoviç AZƏRTAC-a müsahibə verib.

O, ölkəmizdə keçirdiyi günləri xatırlayıb.

– Azərbaycanda keçirdiyiniz günləri necə xatırlayırsınız?

– Azərbaycanda özümü evdəki kimi hiss edirdim. Ölkəniz möhtəşəmdir. Orada oynamaq şərəfinə layiq olduğuma görə çox xoşbəxtəm. Xoş və qonaqpərvər insanlarınız var. Bakı üçün darıxıram.

– Sabiq komandanız “Neftçi”nin nəticələri yaxşı deyil. Sizcə, bunun səbəbi nədir?

– Düşünürəm ki, “Neftçi”nin əsas problemi liderin olmamasıdır. Hər bir komandanın həm meydanda, həm də kənarda lideri olmalıdır. Bu, uğur üçün başlıca amildir.

– “Neftçi” və “Sabah”ın oyunlarını izləyə bilirsiniz?

– Düzünü desəm, Azərbaycan çempionatını, həm də çıxış etdiyim komandaların oyunlarını izləməyə vaxtım yoxdur. Lakin nəticələrə baxıram. “Sabah”a gəlincə, komandanın yaxşı infrastrukturu var. Amma turnir cədvəlində qərarlaşdıqları yer o qədər də ürəkaçan deyil. İnanıram ki, Vasili Beruzutski komandanı çətin durumdan çıxaracaq.

– Eyni anda “Neftçi” və “Sabah”dan təklif alsaydınız, hansını seçərdiniz?

– Heç birini qəbul etməzdim. Çünki hazırda çıxış etdiyim “Mladost” komandasında özümü yaxşı hiss edirəm. Liqanın statistik göstəricilərinə görə, burada ən güclü qapıçı sayılıram.

– Azərbaycanda kimlərlə hələ də əlaqə saxlayırsınız?

– Şübhəsiz ki, keçmiş komanda yoldaşlarım və digər şəxslər. Mən Azərbaycandan getsəm belə, ürəyim hər zaman oradadır. Həmin şəxlər hər zaman mənə hörmət ediblər.

– Sizin üçün Azərbaycan mətbəxindən ən yaddaqalan yemək hansı olub?

– Bütün yeməkləriniz gözəldir. Amma ən yaxşısı kababdır. Çox dadlı hazırlanır.

– Sonda Azərbaycan xalqına nə demək istərdiniz?

– Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. Ölkənizi Vətən müharibəsində qazandığı qələbə münasibətilə təbrik edirəm. Mənə daim göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью