“Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 60cı qolunu vurub

16.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

“Neftçi”nin futbolçusu Filip Ozobiç Azərbaycan çempionatlarında 60-cı qolunu vurub.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XVII turunun “Kəpəz”lə ev oyununa (2:1) təsadüf edib.

O, ölkə çempionatlarındakı 180-ci matçında buna nail olub. F.Ozobiçin orta məhsuldarlığı 0,33-ə bərabərdir. O, “Qəbələ”də 16, “Qarabağ”da 35, “Neftçi”də 9 dəfə fərqlənib.

F.Ozobiç Azərbaycan çempionatları tarixində 60 və ya daha çox qol vuran 30-cu futbolçu olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью