“Neftçi”nin futbolçusu hədəfini açıqladı: “Minimum 10 12 assist etmək istəyirəm”

19.11.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi”nin müdafiəçisi Rüfət Abbasov cari mövsümdə qarşısına qoyduğu hədəflərdən danışıb.

İdman.Biz xəbər verir ki, 21 yaşlı futbolçu ötən yay “Şamaxı”dan keçdiyi paytaxt klubunda əvvəlki mövsümlərdəki göstəricilərini yaxşılaşdırmaq istədiyini deyib.

“Bildiyiniz kimi, “Şamaxı”da ilk mövsümümü bir qol və altı assistlə, ikinci mövsümümü isə bir qol və yeddi assistlə başa vurmuşdum. “Neftçi”yə gələndə özümə hədəf qoymuşdum ki, bu göstəricimi yeniləyim. İnşallah, bu mövsüm minimum 10-12 assist etməyi qarşıma məqsəd qoymuşam. Ümid edirəm ki, buna nail olaram. Amma bizim üçün ən vacib məsələ çempionluqdur. İnşallah, çempionluğu qazanarıq”, - deyə Abbasov sportinfo.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan müdafiəçi Premyer Liqanın ilk 10 turunda bir qol vurub və beş məhsuldar ötürmə edib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью