Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Neftçi”nin futbolçusu Sessi D Almeydanın formasını geyindiyi Benin yığması Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda Mərkəzi Afrika ilə üz-üzə gəlib. 5 qolun vurulduğu matç Beninin qələbəsiylə başa çatıb – 4:1.
Almeyda oyuna start heyətdə başlayıb və 84 dəqiqə meydanda qalıb. O, daha sonra Alvini ilə əvəzlənib.
Benin 3 turdan sonra 7 xalla qrup lideridir.