Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Neftçi”nin futbolçusu Denzel Jubitana Surinam millisində növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda KONKAKAF Millətlər Liqasında Hondurasla qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.
Denzel oyuna start heyətdə başlayıb. O, 66-cı dəqiqədə Cenario Danielslə əvəzlənib.
Surinam A Liqasının B qrupunda 3 turdan sonra 7 xalla liderdir.