futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı” ilə matçın gedişində futbolçu Emil Səfərov çiynindən aldığı zədə səbəbindən əvəzlənmişdir.
Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçuda bazu oynağının təkrari çıxığı baş verib. Nəticədə, Emil Səfərov Prof. Dr. Burak Kunduracı rəhbərliyi ilə Türkiyənin İstanbul şəhərindəki “Liv Hospital Vadistanbul”da artroskopik əməliyyat olunub.
Qeyd edək ki, əməliyyatı uğurla başa çatan Səfərov iki gün sonra Bakıya qayıdacaq, müalicə və bərpa prosesinə başlayacaq. Təqribi olaraq üç aydan sonra isə məşqlərə start verəcək.