“Neftçi”nin futbolçusuna Polşadan maraq var oyunçu qərarını verib

09.04.2025

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Neftçi”nin qapıçısı Rza Cəfərov karyerasını ölkə xaricində davam etdirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, oyunçunun xidmətində Polşanın “Rakuv” klubu maraqlıdır. Hələlik Ekstraklasa təmsilçisi paytaxt klubuna rəsmi təklif ünvanlamayıb.

Ancaq yaxın bir ayda transferlə bağlı hərəkətlilik olması gözlənilir.

Millimizin qapıçısı da karyerasını ölkə xaricində davam etdirmək istəyir. O, Polşada çıxış etməyə müsbət yanaşır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью