“Neftçi”nin hazırlığı davam edir

23.08.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Polşanın Keltse şəhərində təlim-məşq toplanışını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar”ın üzvləri toplanışın 7-ci günündə növbəti məşqə çıxıblar. Bu, komandanın yerli “Termalitsa Nyeçetşa” klubuna qarşı sabah keçirəcəyi ikinci yoxlama oyunundan əvvəl son hazırlığı olub.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək görüş “Sportovi novini” stadionunda təşkil olunacaq və “Neftçi TV” ilə canlı yayımlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью