“Neftçi”nin heyətində dəyişiklik: Braun gəldi, Marko və Perkoviç getdi

17.01.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Neftçi” basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub amerikalı basketbolçu Ayzeya Cerald Braunla mövsümün sonunadək müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı oyunçunun boyu 187 sm-dir.

Bununla yanaşı, “ağ-qaralar” serbiyalı Sinik Marko və xorvatiyalı Toni Perkoviçlə bağlanmış müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verib.

Azərbaycan Kubokunda daha iki oyun keçiriləcək Azərbaycan Kuboku: “Neftçi” 1/4 finalda Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə bu gün start veriləcək Lənkəran təmsilçisi kanadalı basketbolçu ilə yolları ayırıb Azərbaycan klubu basketbolçusu ilə vidalaşıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью