“Neftçi”nin hücumçusu “Araz Naxçıvan”a keçib

10.08.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 avqust, AZƏRTAC

“Araz-Naxçıvan” “Neftçi”nin futbolçusu Ağadadaş Salyanskini heyətinə cəlb edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, futbolçu icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinəcək. 22 yaşlı forvardla anlaşma 1 illikdir.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью