“Neftçi”nin hücumçusuna ağır cəza

27.05.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

AFFA İntizam Komitəsi Əvəzedicilər liqasənda çıxış edən “Neftçi-2”nin futbolçusu Ağadadaş Salyanskini dörd oyunluq cəzalandırıb.

“Qafqazinfo” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna hücumçunun XXXVI turda "Sabah-2" ilə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

“Ağ-qaralar”a 300 manat cərimə kəsilib.

“Sabah-2”nin analitiki Cəbrayıl Qəmbərov da dörd oyunluq cəza ilə üzləşib. O, matç zamanı meydana kənar əşya atdığı üçün birbaşa qırmızı vərəqə almışdı. Klub onun hərəkəti ucbatından 350 manat ödəməli olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью