Neftçinin ilk transferi Gündoğar ölkədən olacaq Klubun düşərgəsindədir

11.01.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi" qış fasiləsində ilk transferini reallaşdırmağa yaxındır. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" yapon oyunçu Ryonosuke Ohori ilə müqavilə imzalayacaq. 

24 yaşlı asiyalı mərkəz yarımmüdafiəçi hazırda "Neftçi"nin düşərgəsindədir. Samir Abasovun onu bəyəndiyi bildirilir.
Son anda nəsə baş verməsə, Ohori ilə "5 ay + 2 il" müddətinə müqavilə imzalanacaq. Orta sahə oyunçusu qarşıdakı 5 ay müddətində ümidləri doğrultsa, o zaman klub müqaviləni 2 illik müddətinə uzadacaq. 

Vaxtilə Yaponiya U-17 millisində də çıxış etmiş oyunçu 6 və 8 nömrə mövqeyində oynamağı bacarır. Ohorinin son iş yeri Litvanın "Trans İnvest" klubu olub. O, Vilnus təmsilçisinin heyətində 31 matça çıxaraq 18 qol vurmağı bacarıb.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью