“Neftçi“nin keçmiş futbolçusu məşqçiliyə başladı

12.11.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Neftçi"nin sabiq futbolçusu Soni Mustivar məşqçiliyə başlayıb.

Moderator.az "Corse-Matin" nəşrinə istinadən xəbər verir ki, o, karyerasını Fransada davam etdirir.

36 yaşlı mütəxəssis yetirməsi olduğu "Bastiya"ya qayıdaraq klubun U-17 komandasında köməkçi məşqçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Soni Mustivar 2018-2020-ci illərdə "Neftçi"də çıxış edib. O, futbolçu karyerasını 2023-cü ildə bitirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью