“Neftçi”nin komandası ardıcıl üçüncü dəfə çempion oldu

23.08.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Neftçi”nin qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olub.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun yetirmələri sona 2 tur qalmış “Sumqayıt” üzərində 6:0 hesablı səfər qələbəsi qazanmaqla çempionluğu rəsmiləşdirib.

Bununla da “ağ-qaralar” növbəti dəfə qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью