“Neftçi”nin legioneri komanda ilə məşqlərə qoşulub

15.01.2026

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Neftçi”nin Əbu-Dabi təlim-məşq toplanışı davam edir.

Klubdan SİA-ya bildirilib ki, “Piramids”lə oyunun (1:1) ertəsi günü bərpa məşqi keçib istirahətə buraxılan “ağ-qaralar” baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında səhər məşqinə çıxıb.

Hazırlıq prosesinə Afrika Millətlər Kubokunda çıxışını başa vuran Benin milli komandasının düşərgəsindən qayıdan Sessi D’Almeyda da qatılıb. Komanda toplanışa axşam məşqi ilə davam edəcək.

Qeyd edək ki, “Neftçi” toplanış çərçivəsində sonuncu yoxlama oyununu yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” klubuna qarşı keçirəcək. “321 Sports Club” stadionunda təşkil olunacaq görüş həm yerli, həm də Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью