futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Neftçi”nin iki futbolçusu milli komandalarında növbəti oyunlarına çıxıb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Sessi Dalmeyda və vinger Denzel Jubitana yığmada şans qazanıb.
Sessi Burkina Faso ilə 1:1 hesablı səfər matçında Benin millisinin kapitanı kimi meydana çıxıb.
Jubitana isə Hondurasla səfər oyununda fərqlənərək Surinamın 3:2 hesablı qələbəsinə töhfə verib.