“Neftçi”nin matçında azyaşlı meydana girdi VİDEO

10.11.2024

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Neftçi” – “Şamaxı” görüşünün final fiti səslənən kimi azyaşlı azarkeş meydana daxil olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, “ağ-qaralar”ın yer aldığı ehtiyat oyunçular skamyasının damının təxminən 2 metr hündürlüyündən meydana tullanan yeniyetmə həm də ətrafdakılara həyəcanlı anlar yaşadıb.

Belə ki, təhlükəsizlik xidmətinin əməkdaşlarından yayınmağı bacaran azyaşlı “Neftçi”nin qapıçısı Rza Cəfərovla foto çəkdirib.

Həmin maraqlı anları təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью