Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Belarusun “Dinamo” komandasına uduzub – 2:4.
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev matçla bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:
– “Neftçi”nin məğlubiyyətini necə şərh edərdiniz?
– Acınacaqlı nəticə oldu. “Dinamo” “Neftçi”yə uyğun rəqibdir, əfsuslar olsun ki, müdafiədə buraxılan kobud səhvlər belə məğlubiyyətə səbəb oldu. Yaxşı başladılar, amma temp düşdü, oyun əldən getdi.
– Sizcə, ardıcıl qollardan sonra enişə səbəb nə oldu?
– Bunu məşqçilər bilər. Çünki toplanışdan sonra komandada nələr baş verdiyini onlar görüb. Komandada həm psixoloj, həm fiziki, həm də taktiki eniş oldu.
– 2:0 hesabı arxayınlıq yaratdı?
– Bilmirəm, nəticəyə cavabdeh məşqçilərdir. Komandanı onlar hazırlayıblar. Nəyin səhv olduğunu onlar özü yəqin, başa düşür.
– “Neftçi” üçün avrokubok mübarizəsinin erkən başa çatdığını demək olar?
– Məncə, şanslar davam edir. “Dinamo” keçilməyəsi rəqib deyil. İnanıram ki, “Neftçi” özündə güc tapar və mərhələni adlayar.
Şahin Cəfərov