“Neftçi”nin məşqçisi: “Çalışırıq ki, bu durumdan çıxaq”

07.04.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Həmişəki kimi bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin məşqçisi Mübariz Orucov deyib.

O, Misli Premyer Liqasının XXIX turunun “Şamaxı” ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb: “Bu gün 7-8 futbolçunun xidmətindən yararlana bilmirdik. Bəziləri də özlərinə yad mövqelərdə çıxış etməli oldu. Oyunçularımıza yaxşı mübarizə üçün minnətdaram. Zədəli oyunçuların durumu haqda indidən bir söz demək çətindir. Əlimizdə olanlarla qələbələr qazanmağa çalışacağıq”.

Çalışdırıcı Emil Səfərovun durumuna da toxunub: “Çiynində problemi var və zədəlilər sırasına qoşulub. Rafael Quzzo uzun müddət oynamadıqdan sonra zədələndi. Çalışırıq ki, bu durumdan çıxaq”.

Orucov “Neftçi”nin futbolçusu Elvin Camalovun "Sabah"ın baş məşqçisi Vasili Berezutski tərəfindən qeyri-peşəkar davranışda günahlandırılmasına münasibət bildirməyib: “Onun dediklərini oxumamışam. Nə dediyini bilmirəm. Elvinin hansı hərəkətini nəzərdə tutmağından xəbərim olmadığı üçün nəsə deməıyim düz çıxmaz”.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью