“Neftçi”nin məşqçisi: “İndi çempionluqdan danışsaq, gülməli çıxacaq”

24.11.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XII turunun “Neftçi” – “İmişli” oyunundan (2:3) sonra meydan sahibi komandanın məşqçisi Mübariz Orucov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Gözlənilən nəticəni verə bilməməyinizin səbəbi nədir?
– Turnir cəvdəlində yerimiz yaxşı deyil. Amma oyun baxımından fərqlər var. Bu gün də üzücü məğlubiyyət aldıq. Heyətdə yeni oyunçular var. Tam formalaşmamışıq. Hələ uyğunlaşma prosesi gedir.

– “İmişli” birinci mövsümdür Premyer Liqadadır… Onlar nə danışsın?
– “İmişli” güclü rəqiblərə qarşı motivasiya, istəklə oynayırlar. Bu gün də istəyin hesabına qazandılar.

– Standart vəziyyətlərdən qol buraxdız. Bunu şərh edərdiniz…
– Komandaya əvvəlcədən göstərmişdik. Lakin yenə qol buraxdıq. Qorxduğumuz yerdən qollar vurdular.

– Turnir cədvəlində “İmişli”dən də aşağıdasınız. Kuboka köklənəcəksiniz, ya necə?
– “Neftçi” olaraq həm çempionata, həm kuboka köklənmişik. Kubok yolu qısa yoldur. Əlbəttə, ora da köklənəcəyik. Amma o demək deyil ki, çempionatı boş verəcəyik. Qarşıda oyunlar var.

– Hədəf nədir?
– “Neftçi”nin hədəfi yüksək yerlərdir. Ancaq indi çempionluqdan danışsaq, gülməli çıxacaq. İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью