“Neftçi”nin məşqçisinə 5 oyunluq cəza

25.04.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Futzal üzrə “Neftçi” İK İB komandasının məşqçisi Əli Hüseynov cəzalanıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Buna Yüksək Liqanın 15-ci turunun “Neftçi” İK İB – “Baku Fire” oyununda yaşananlar səbəb olub. Nominal meydan sahiblərinin köməkçi məşqçisi matçın fasiləsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılib. Bu üzdən Hüseynov 5 oyunluq cəza alıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью