“Neftçi”nin məşqçisinin evini gecə ilə sökdülər VİDEO

16.04.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Neftçi”nin U-16 komandasının məşqçisi Elnur İmanquliyev xoşagəlməz hadisə ilə üzləşib.

Gənc mütəxəssis Bakının Nərimanov rayonunda yerləşən ata evinin tikinti şirkəti tərəfindən qanunsuz söküldüyünü söyləyib.

O, müvafiq dövlət qurumlarından kömək istəyib.

Məşqçinin sözlərinə görə, bugünlərdə dünyasını dəyişmiş atasının yas mərasimini keçirməyə hazırlaşarkən, belə bir hadisə baş verib. Gecə saatlarında əraziyə yeridilən ağır texnika ilə 6 sotluq həyət evi dağıdılıb.

Ətraflı İTV-nin süjetində:

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью