“Neftçi”nin məşqçisinin kəllə ilə vurulmasına dair AFFA dan açıqlama Video

07.02.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün AFFA U-17 liqasının 26-cı turu çərçivəsində keçirilən “Vətən” - “Neftçi” oyununda xoşagəlməz hadisələr yaşanıb.

QOL.az xəbər verir ki, klubların texniki heyəti arasında yaranan mübahisə zamanı “Vətən” rəsmisi “Neftçi”nin baş məşqçisi Asif Ələsgərova başla zərbə endirib.

AFFA sözügedən hadisə ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib: “AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью