Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Neftçi” və “Sea Breeze” arasında əməkdaşlıq 2026/27 mövsümündə də davam edəcək.
Futbolpress.az xəbər verir ki, yeni “futbol ili” çərçivəsində “Sea Breeze” loqosu mövsüm boyu komandanın rəsmi oyun formalarının sağ qol hissəsində yer alacaq.
Əməkdaşlıq çərçivəsində “Sea Breeze” ərazisində fəaliyyət göstərən “Neftçi Store” azarkeşlərə xidmət göstərməyə davam edəcək. Tərəflər arasında müxtəlif sosial layihələrin və tədbirlərin birgə təşkili də nəzərdə tutulur. Bununla yanaşı, “Sea Breeze” klubun qonaqlarının yerləşdirilməsi sahəsində dəstəyini davam etdirəcək.