“Neftçi”nin oyunu 2 manata

30.04.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Premyer Liqanın XXXIII turunun “Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, qiyməti 2, 3, 5, 15 və 20 AZN təşkil edən biletləri keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar.

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 13:00-dan etibarən satışda olacaq.

Mayın 4-də baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью