“Neftçi”nin oyunu çox xoşuma gəldi, inkişaf göz qabağındadır”

17.02.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçi” Azərbaycan Premyer Liqasının XXIII turunda “Qarabağ”a uduzub – 0:1.

“Ağ-qaralar”ın keçmiş məşqçisi Etibar Tarıverdiyev “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Neftçi” pis oynamadı. “Qarabağ” təcrübəli komandadır, 10 nəfərlə qalsalar da, etibarlı müdafiə oynadılar. Oyunçuların keyfiyyəti də öz sözünü dedi. Ancaq “Neftçi”nin oyunu xoşuma gəldi. Problem odur ki, komandada oyunu üzərinə götürəcək adam yoxdur. Kadi Borges “Qarabağ”da sonradan meydana daxil olub, penalti qazandı. Təəssüf ki, “Neftçi”nin əvəzetmələri nəsə dəyişiklik yarada bilmədi. Burda da keyfiyyət sözünü deyir. Ancaq yenə deyirəm, ümumilikdə “Neftçi”nin oyunu çox xoşuma gəldi, inkişaf göz qabağındadır”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью