Neftçinin oyununda qadın hakim

04.12.2024

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

News24.az xəbər verir ki, ikinci oyun günündə "Neftçi" evdə “Difai”ni qəbul edəcək. 

Görüşdə olduqca xoş və maraqlı məqam var. Görüşün hakimlərindən biri xanımdır. Qarşılaşmada Gülnurə Əkbərzadə yan xətt hakimi funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, görüş saat 18:00-da "Neftçi Arena"da baş tutacaq. 

Ağa Dadaşzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью