Neftçinin qapıçısı uzun müddətdən sonra rəsmi oyuna çıxacaq

04.12.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Neftçi"nin qapıçısı Emil Balayev uzun müddətdən sonra rəsmi oyuna çıxacaq.

"Report"un məlumatına görə, 30 yaşlı qolkiper "Difai"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alacaq.

Balayev 2023-cü ilin yayında Rusiyada təşkil olunan “Matc TV” turnirində, Serbiya klubu “Srvena Zvezda” (0:4) ilə görüşdə zədələnmişdi. O, həmin vaxtdan sonra heç bir qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, "Neftçi" - "Difai" oyunu saat 18:00-da start götürəcək.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью