Neftçinin qapıçısı uzun müddətdən sonra rəsmi oyuna çıxacaq

04.12.2024

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Neftçi"nin qapıçısı Emil Balayev uzun müddətdən sonra rəsmi oyuna çıxacaq. SİA-nın məlumatına görə, 30 yaşlı qolkiper "Difai"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alacaq.

Balayev 2023-cü ilin yayında Rusiyada təşkil olunan “Matc TV” turnirində, Serbiya klubu “Srvena Zvezda” (0:4) ilə görüşdə zədələnmışdı. O, həmin vaxtdan sonra heç bir qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, "Neftçi" - "Difai" oyunu saat 18:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью