“Neftçi”nin “Qarabağ” qərarı normaldır: Çoxdandır bunu gözləyirdik

04.02.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi”nin “Qarabağ”ın UEFA Çempionlar Liqası ilə bağlı xahişini yerinə yetirməməsi sosial şəbəkələrdə müzakirə olunanan mövzulardan birinə çevrilib. Belə ki, “atlılar” “Nyukasl”la qarşı keçirəcək səfər matçına görə İngiltərəyə yollanmamışdan öncə paytaxt klubuna qarşı baş tutacaq matçın təxirə salınmasını istəyib. Oyun qrafikinə əsasən “Qarabağ” fevralın 18-i ingilisləri qəbul edəcək, 21-i “Neftçi” ilə görüşəcək, 25-i isə yenidən “Nyukasl” səfərinə yollacanaq.

Ölkə.Az-ın məlumatına görə, “Ağ-qaralar”ın xahişi geri çevirməsini düzgün saymayanlar olsa da, bu qərarı normal qəbul edənlər də az deyil. 

İdman jurnalist Mirbağır Cəfərli sual edib: "Qarabağ"ın özünün də böyüyüb, daha da bərkiməsini istəmirsiz?" Onun fikrincə, bu qrafikin özü də onlar üçün əla təcrübədir.

“Neftçi”nin “Qarabağ”ın xahişini yerə salması qədər normal qərar yoxdur. Adamlar fikirləşir ki, bəlli planımız var və “Qarabağ”a uzun illərdən sonra bəlkə indiki sıx qrafikdə nəsə edə bildik. Həm istəkli, həm də həyəcanlıdırlar. Nəyə görə təxirə razı olmalı idilər? “Neftçi”nin “Qarabağ”ı ÇL-ə görə təbrik etməməsi də tam normaldır. Onlar "Qarabağ"ın hegemonluğuna baxmayaraq, bunu qəbul etmirlər və özlərini onlara hələ də bab rəqib kimi görürlər. Bu da tam normal düşüncədir. Rəqib bu gün səndən güclü ola bilər, amma sən qəbullanmır və nə vaxtsa geri qayıdacağına inanırsan. Bəzən deyirik ki, inkişaf etmək lazımdır, bəzən də istəmədən özümüz-özümüzü salırıq o məsələlərə ki “bir oyunla nə olacaq e, təxirə salın, “Qarabağ” qoy oynasın da ÇL-də, bu nədi bir təbriklə nə olacaq ki?” 

Özümüz inkişaf etmək istəyirik, bu tərəfdən də düşüncələrimiz inkişafa imkan vermir. Uzun müddətdən sonra Premyer Liqada çatışmayan intriqa qayıdır. “Sabah” liderdir, yaxşı oynayırlar, bərk komandadır, zarafat etmək olmaz onlarla bu mövsüm, "Qarabağ"ın çempionluğu əldən çıxa da bilər. “Neftçi” bu tərəfdən intriqa yaradır. Çempionatımız adına hər şey çox maraqlı və qəşəng görünür. İstədiyimiz budur da. Yoxsa bu ay “Qarabağ” üçün, gələn mövsüm "Sabah” üçün, o biri gün “Neftçi” üçün təxirə salmaq təklifləri. Bu düşüncə artıq geridə qaldı da. Müasir futbola heç olmasa klub futbolunda öyrəşməyə başlayaq da. Qarşıda ağır qrafik var deyə, “bəlkə təxirə salmağı təklif edək?” düşüncəsindən çıxmaq lazımdır”

Başqa bir idman jurnalisti Şahin Cəfərov isə "FutbolPress" üçün yazdığı məqalədə qeyd edib ki,  “Qarabağ” uzun illərdir avrokuboklarda mütəmadi çıxış edir və artıq sıx qrafikdə oynamağa alışıb: “Nyukasl” klubu necə ki, Bakıya uzun səfər edərək gələcək, eynilə “Qarabağ” bu məsafəni İngiltərəyə yollananda qət edəcək. “Nyukasl” Premyer Liqa klubudur, keyfiyyət fərqi var, səviyyəcə üstündür, lakin indiki məqamda səfər şərtləri iki komanda üçün eynidir. “Nyukasl” da oyun ərəfəsində sıx qrafikdə oynayacaq, hələ rəqiblər də asan deyil: Tottenhem (səfər), Aston Villa (kubok oyunu, səfər), Qarabağ (səfər), Mançester Siti (səfər).

Həm “Qarabağ”ın, həm “Nyukasl”ın təqvimi sıxdır və komandaların pley-offlarda oyun şərtləri eyni olacaq. Bu səbəbdən “Qarabağ”ın oyununun təxirə salınmasının vacibliyini qeyd etmək, bunu mütləq şəkildə istəmək bəlkə də, düzgün çıxmaz. Komandanın baş məşqçisi Qurban Qurbanovun yeganə təəssüfləndiyi məqam pley-off ərəsində süni örtüklü meydançalarda baş tutacaq oyunlardı ki, bunun da səbəbi zədə riskləridir".

Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью