“Neftçi”nin qələbəsizlik sindromu

09.11.2024

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Neftçi” Azərbaycan Premyer Liqasında növbəti xal itkisini yaşayıb. Samir Abasovun yetirmələri XIII turda azarkeşləri önündə “Şamaxı”nın müqavimətini qıra bilməyib.

Matç meydan sahiblərinin ardıcıl qolları ilə başladı. Start fitindən sonra ilk hücumundan sonra hesabı açan “ağ-qaralar” rəqib şokdan ayılmamış növbəti dəfə fərqlənməyi bacardı. 4-cü dəqiqədə hesabın 2:0 olması isə artıq hər kəs “Neftçi”nin böyükhesablı qələbə qazanacağını düşünməyə başlamışdı. Qollardan sonra da bir neçə şans yaxalayan “ağ-qaralar” fürsətləri boşa verdi. Əvəzində sürətli hücumlarla oyunda qalmağa çalışan “Şamaxı” fasiləyə qədər iki qol vurmaqla hesabı bərabərləşdirdi. İkinci hissədə isə hər iki komandanın qol imkanları olsa da, tabloda rəqəmlər dəyişmədi.

“Neftçi” bu mövsüm heç cür özünə gələ bilmir. Abasovun təyinatından sonra “Səbail”i məğlub edən “ağ-qaralar” növbəti üç oyunu yenə itkilərlə başa vurub. Oyun planında ciddi axsamalar davam edir, əsas çatışmazlıq isə oyunçuların bir-birini anlaya bilməməsidir. “Şamaxı” ilə oyunun sonlarına yaxın təzyiqi artırmağa çalışan “ağ-qaralar” oyunçuların anlaşmazlığı üzündən top itkilərinə yol verməyə davam edirdi. Yarımmüdafiədə Rafael Quzzo, Rəhman Hacıyev, hücumun mərkəzində Yeqor Beqomolski, cinahda Ramil Şeydayev əvəzetmədən oyuna daxil olsa da, fərq yarada bilmədi. Yadda qalan ancaq top itkiləri oldu.

Abasovun komandanı toparlamaq üçün qarşıda iki həftə vaxtı var. Milli komandaların oyunlarına görə yaranacaq fasilə indiki məqamda “ağ-qaralar” üçün göydəndüşmə olacaq. Fasilədən sonra isə ardıcıl “Zirə” və “Qarabağ”la duellər olacaq. Xal itkilərinin davamı komandanın turnir cədvəlindəki mövqeyini daha çətinə sala bilər. Hazırda 10 xalla 8-ci olan flaqman 9-cu “Səbail”i 3, sonuncu “Kəpəz”i isə 4 xal qabaqlayır.

Kamil Əhməd

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Üçlük”də dəyişiklik – “Araz-Naxçıvan” fərqi artırdı

8 Noyabr 2024, 22:55

Əsas xəbərlər, Manşet, Premyer liqa “Neftçi” yenə xal itirdi

8 Noyabr 2024, 16:57

Əsas xəbərlər, Premyer liqa “Neftçi” – “Şamaxı”: heyətlər bilindi

8 Noyabr 2024, 13:58

Əsas xəbərlər, Manşet APL: “Neftçi” başlayacaq, “Qarabağ” bitirəcək

8 Noyabr 2024, 13:39

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi”də itkilər

7 Noyabr 2024, 18:15

Əsas xəbərlər, Premyer liqa “Araz-Naxçıvan” ikinci pilləyə yüksəldi

6 Noyabr 2024, 20:50

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью