“Neftçi”nin qışda almaq istədiyi hücumçu kimdir?

05.12.2024

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Neftçi" heyətinə yeni hücumçu cəlb edə bilər. 

QOL.az xəbər verir ki, bu barədə Qazaxıstanın arena.olimpbet.kz saytı
məlumat yayıb. Hazırda "Ordabası" komandasında çıxış edən Casurbek Yaxşıboyev Bakı təmsilçisinin qış transfer hədəflərinə daxildir. 

27 yaşlı özbəkistanlı hücumçu bu mövsüm Qazaxıstan təmsilçisinin heyətində 27 oyuna çıxaraq 9 qol vurub və 4 qolun ötürməsini edib. 

Qeyd edək ki, Casurbek Yaxşıboyev karyerası ərzində "Legiya Varşava" (Polşa), "Şerif" (Moldova), "Şaxtyor" (Belarusiya) kimi klublarda çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью