Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordinin yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, o, “Tirana”ya baş məşqçi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bordinlə razılaşmanın detalları açıqlanmayıb.
Mütəxəssis 2018-2020-ci illərdə “Neftçi”yə rəhbərlik edib.