Neftçinin sabiq baş məşqçisinin yeni klubu müəyyənləşdi

07.11.2024

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampfın yeni iş yeri bəlli olub.

QOL.az xəbər verir ki, rumıniyalı mütəxəssis Tunisdə çalışacaq O, “Esperansa Tunis”lə anlaşıb. Klubun rəsmi saytı onunla 2026-cı ilin iyununa qədər müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Regekampf 2022-2023-cü ildə “Neftçi”də işləyib.  O, daha sonra ölkəsində “Universitatya Krayova” və Səudiyyə Ərəbistanında “Əl-Tai” klublarını çalışdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью