Neftçinin sabiq çalışdırıcısının yeni iş yeri bilindi RƏSMİ | Icma.az
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir. "Neftçi"nin rumıniyalı sabiq baş məşqçisi Adrian Mutu özünə yeni iş yeri tapıb.
Fanat.Az xəbər verir ki, on aya yaxındır işsiz olan mütəxəssis vətənində çalışacaq.
45 yaşlı mütəxəssis Rumıniyanın "Petrolul" klubunun baş məşqçisi təyin olunub. Onunla 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Mutu yanvarın 3-də, Ployeşti komandasının Antalyaya təlim-məşq toplanışına yollandığı gün işə başlayacaq.
Adrian Mutu 2014-cü ildə formasını geyindiyi "Petrolul"dan başqa, “Voluntari”, “Universitatya”, “Rapid Buxarest”, “CFR Kluj”, həmçinin “Neftçi” və Səudiyyə Ərəbistanının “Əl-Vahda” klublarında çalışıb.
Mirağa Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu