Neftçinin sabiq futbolçusu Albaniya klubuna keçdi RƏSMİ

26.12.2024

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi"nin sabiq futbolçusu Bruno Teluşinin yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, albaniyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

34 yaşlı futbolçu "Flamurtari"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli mərkəz müdafiəçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Bruno Teluşi 2020/2021 mövsümünü "Neftçi"də keçirib və Azərbaycan çempionu olub. O, "ağ-qaralar"ın heyətində 9 rəsmi matçda meydanda olub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью