Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Neftçi”nin sabiq futbolçusu Kilan Lebon karyerasını Cənubi Koreyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Çonnam Draqons”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah oyunçusu ilə 2 illik müqavilə imzalanıb.
Lebon 2023-2025-ci illərdə “Neftçi”nin formasını geyinib.