“Neftçi”nin sabiq futbolçusu millini çalışdırmaq istəyir

02.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Neftçi”nin sabiq futbolçusu Keysuke Honda Yaponiya millisinə rəhbərlik etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə yaponiyalı keçmiş yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib. O, millidə baş məşqçi postuna namizədliyini irəli sürüb:

“Fikirlər fərqli olacaq, amma yenə də bunu demək istəyirəm. Oxudum ki, Hadzime Moriyasuya müqavilənin bir il uzadılması təklif olunub. Əgər bu, uyğun namizəd tapılmadığı üçün müvəqqəti variantdırsa, onda məni bir il sınayın. Asiya Kubokunda uduzsaq, heç bir müzakirə aparmadan məni istefaya göndərin. Mən millini qəbul etməyə hazıram”.

Honda 2021-ci ilin martından iyuluna qədər “Neftçi”də forma geyinib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью