“Neftçi”nin sabiq futbolçusu öldü Foto

19.09.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”nin sabiq futbolçusu Ruslan Lukin vəfat edib.

Axar.az Prosport.az-a istinadla xəbər verir ki, “Neftçi”nin yetirməsi olan veteran hücumçu 54 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, “Neftçi”dən başqa, “Dinamo”da (Bakı) da oynamış Ruslan Lukin Moskva “Lokomotiv”i, Minsk “Dinamo”su, Beer Şeva “Hapoel”i kimi klubların da formasını geyinib. O, həm də bir müddət Belarusda məşqçilik fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, noyabrın 21-də Ruslan Lukinin 55 yaşı tamam olacaqdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью