Neftçinin sabiq futbolçusu vəfat etdi | Icma.az
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Tanınmış futbolçu və məşqçi Tofiq Abbasov 75 yaşında dünyasını dəyişib.
Ölkə.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.Keçmiş yarımmüdafiəçi futbol karyerası ərzində "Polad" və "Neftçi" klublarının şərəfini qoruyub.
Eyni zamanda, "Termist", "Xəzər" və "Göyəzən" klublarının baş məşqçisi kimi də fəaliyyət göstərib.
Tofiq Abbasov son olaraq Rusiyanın "Dinamo" klubunun qadınlardan ibarət basketbol komandasının idman direktoru vəzifəsində çalışıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu