“Neftçi”nin sabiq futbolçusundan “Sabah”a təbrik FOTO

26.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Neftçi”nin sabiq futbolçusu Denis Silva “Sabah”ı Çempionlar Liqasında əsas mərhələyə yüksəlmə münasibətilə təbrik edib.

Futbolpress.az xəbər verir ki, braziliyalı keçmiş müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, postunda “Təbriklər, Azərbaycan!” deyə, yazıb.

Denis 2008-2010-cu illərdə “Xəzər Lənkəran”da, 2010-2012 və 2013-2015-də “Neftçi”də, 2015-2019-da “Keşlə”də (indiki “Şamaxı”) forma geyinib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью