“Neftçi”nin sabiq məşqçisi onu fərqləndirdi

19.05.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın “Dinamo” klubunun sabiq məşqçisi, bir dönəm “Neftçi”də çalışan Miodraq Bojoviç Rusiya futbol tarixində XXI əsrin ən yaxşı futbolçusunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Artem Dzyubanı fərqləndirib:

“Dzyuba mənim üçün əsrin ən yaxşısıdır. Düzdür, Andrey Arşavin də yaxşı olub, ancaq onun vaxtında başqa güclü oyunçular da olub”.

Bojoviç 2024-cü ilin yanvarından yayına kimi “Neftçi”yə rəhbərlik edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью