“Neftçi”nin şikayəti təmin olunmadı

19.03.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etməyib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz"lə keçirilən oyunda qırmızı vərəqə alan Bassalu Sambunya verilən 2 oyunluq cəza qüvvədə saxlanılıb.

Həmçinin klubun 1500 manatlıq cəriməsində də dəyişiklik olmayıb.

Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü paytaxt klubuna izah edilib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью