“Neftçi”nin “transfer bombası” nəyi dəyişə bilər? | Icma.az
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Neftçi" Vensan Abubakar kimi tanınmış futbolçunun transferini reallaşdırdı.
Bunu hətta mövsümün "transfer bombası" kimi də qələmə vermək olar.
İndi "ağ-qaralar"ın azarkeşlərini, ümumiyyətlə, futbol ictimaiyyətini bir sual düşündürür.
Kamerun millisinin 33 yaşlı oyunçusu ölkənin ən köklü klubuna nə dərəcədə faydalı olacaq?Möhtəşəm karyeraya malik forvardın ölkəmizə gəlişi ciddi hadisədir.
Vensanın ayağı Bakıya dəyməmiş artıq Türkiyədə bu transferdən danışmağa başladılar.
Abubakar sıradan bir oyunçu olsaydı, sizcə, qardaş ölkənin idman mediası bunu manşetə çıxarardı? Təbii ki, yox.
Deməli, Kamerun millisinin hücumçusu buna layiqdir.Hə, o ayrı söhbət ki, yüngül desək, 33 yaşlı futbolçu bir qədər çərçivəyə sığmır, bəzən intizamsızlığı ilə gündəmə gəlir.
Tam oxu
Xəbəri oxu