“Neftçi”nin transfer planı: Braziliyalı agent Bakıda

13.05.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Braziliyalı futbol agenti Rodriqo Franko bir neçə gün əvvəl "Neftçi"nin dəvəti ilə Bakıya gəlib. Sport24.az-a daxil olan məlumata görə, agent paytaxtda klub rəsmiləri ilə görüş keçirib.
Toplantı zamanı təkcə cari heyətlə bağlı məsələlər deyil, eyni zamanda yeni mövsüm üçün transfer planlaması istiqamətində fikir mübadiləsi aparılıb.
Mənbənin bildirdiyinə görə, tərəflər mümkün legioner transferləri, mövqelər üzrə ehtiyaclar və bazardakı alternativlər barədə müzakirələr ediblər.
Bu da göstərir ki, "Neftçi" artıq növbəti mövsümün heyət quruculuğu ilə bağlı ilkin addımları atmağa başlayıb.
Qeyd edək ki, Rodriqo Franko "Neftçi"nin müdafiəçisi İqor Ribeyronun da agentidir və bu amil görüşlərin daha konkret müstəvidə keçməsinə şərait yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью