“Neftçi”nin yay planı: birinci rəqib serblərdir

16.06.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Neftçi” PFK-nın 2026/27-ci illər mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda – “Palms Sports” Futbol Mərkəzində keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq komanda bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью