“Neftçi”nin yeni loqosu FOTO

24.07.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Neftçi” İdman Klubu tarixi köklərə söykənən yeni və müasir loqosunu təqdim edib.

Futbolpress.az xəbər verir ki, ölkənin ən köklü idman təşkilatlarından biri olan klubun yeni emblemi ənənəvi ağ-qara fonda hazırlanıb.

Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları əks olunub. Üst hissədə “NEFTÇİ” İdman Klubu adı, aşağısında isə onun yaranma tarixi — “1937” rəqəmi əsas vizual elementlər kimi ön plana çıxır. Bu detallar brendin müasir rəsmi statusunu onun şərəfli və zəngin tarixi irsi ilə vəhdətdə birləşdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью