“Neftçi”nin yeni mövsüm səfər forması “Qara qızıl”

01.07.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026/27 mövsümünün səfər oyun dəsti “Qara Qızıl” adını daşıyır.

Futbolpress.az xəbər verir ki, tamamilə qara rəngdə hazırlanan forma qızılı detalları ilə klubumuzun da adını götürdüyü, milli sərvətimiz olan neftə ehtiramın simvoludur.

“Neftçi” sadəcə bir klub adı deyil. O, onilliklərdir milyonlarla insanın qəlbində yaşayan dəyərdir. Məhz buna görə də bu formanın əsas rəngləri qara və qızılı seçilib. Qara – nefti, qızılı isə onun dəyərini ifadə edir.

“Kappa” tərəfindən eksklüziv olaraq “Neftçi” üçün hazırlanan formada klubun embleminin iki əsas elementi – neft buruğu və “N” hərfi əsasında xüsusi ornament hazırlanıb. Bu naxış yalnız bu forma üçün yaradılıb və onu tamamilə unikal edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью