“Neftçi”nin yeni transfer hədəfi BƏLLİ OLDU

16.06.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

"Neftçi" heyətini yeni hücumçu ilə gücləndirə bilər.
Bizim.Media xəbər verir ki,  "ağ-qaralar”ın transfer siyahısında yer alan futbolçulardan biri də Pedro Markesdir. 
 

"Apollon"a məxsus olan 28 yaşlı hücumçunun "Neftçi"yə keçib-keçməyəcəyi qarşıdakı günlərdə dəqiqləşəcək. Məsələ burasındadır ki, portuqaliyalı forvardla “Pafos” da maraqlanır.


Bu mövsüm Çempionlar Liqasının liqa mərhələsində çıxış etmiş Kipr təmsilçisi Pedro ilə danışıqlara start verib.
“Sportinq”B, “Dordrext”, “Den Boş”, “Jil Visente”, “Famalikao”, “Neymegen” klublarında oynamış forvardın klubla müqaviləsi iyulun 1-də başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью